beautyhouse.az

Promani ” brendi 2005-ci ildə İstanbulda Ayșə Dəmir tərəfindən təsis edilib. Ayşə Dəmir uzun illər gözəllik və baxım sektorunda çalışdıqdan sonra sektordakı çatışmazlıqları və ehtiyacları yaxından müşahidə etmək imkanı qazandı. Bu təcrübələrə əsaslanaraq, o, hər kəsin keyfiyyətli və etibarlı qulluq məhsulları əldə edə bilməsi üçün Promanini yaratdı. Onun missiyası müştərilərinə ən keyfiyyətli məhsullar təqdim etmək, onları daha yaxșı hiss etdirmək və gözəllik rituallarını zövqə çevirməkdir. Hər bir məhsul mütəxəssis qruplar tərəfindən diqqətlə sınaqdan keçirilir və ən yüksək keyfiyyətli xammaldan istifadə etməklə istehsal olunur. Promani qısa müddətdə böyük uğurlara imza ataraq keyfiyyət və müştəri məmnuniyyətini ön planda tutan yanaşması ilə sektorda önəmli yer qazanıb.

Yarandığı gündən bəri brendin ən böyük prioriteti məhsullarında yüksək keyfiyyət standartlarını saxlamaq olub.

Top Məhsullar