beautyhouse.az

Real Techniques ” makiyaj fırçaları 2011-ci ildə vizajistlər Samantha və Nicola Chapman tərəfindən yaradılmışdır.

Makiyaj dünyasında geniş kütlədə tanındıqdan sonra bacılar öz makiyaj fırçalarını yaratmaq qərarı aldılar. Real Techniques markası sərfəli və yüksək keyfiyyətli makiyaj fırçaları təklif etmək məqsədi ilə ortaya çıxdı. Fırçalar sintetik tüklərdən hazırlanıb və Vegan olması ilə xüsusi diqqət çəkib. Eyni zamanda erqonomik tutacaq dizaynları və faydalı dəstləri ilə makiyaj həvəskarlarının sevimlisinə çevrilib.

Samantha və Nicola Chapman-ın makiyaj dünyasındakı bilik və təcrübələri ilə formalaşan Real Techniques qısa müddət ərzində dünya miqyasında populyarlıq qazanıb və geniş çeşiddə məhsullar təqdim edərək makiyaj sevərlərin ehtiyaclarını qarşılamağa davam edir.

Top Məhsullar